Bakı-Quba yolunda uzun tıxac yarandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı-Quba yolunda nəqliyyat sıxlığının olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Metbuat.az xəbər verir ki, həftəsonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfər edib.

Bildirilib ki, ona görə bu gün axşam radələrində paytaxt istiqamətinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib:

“Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcəkdir. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu