1455779

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb”.

“Azərişıq” ASC-dən Musteqil.az-a bildirilib ki, qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub.

“Azərişıq”dan o da qeyd edilib ki, kəskin hava şəraitinə baxmayaraq, 6500-ə yaxın abonentin elektrik enerjisi ilə təminatında yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//dolatiaschan.com/4/5013541