1455246

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cari ilin ortalarından başlayaraq quşçuluq sahəsində istifadə olunan yem və yem əlavələrinin idxalına tətbiq olunan vergi-rüsum azadolmaları həm quş əti, həm də yumurta istehsalında maya dəyərinin sabitləşməsinə və aşağı düşməsinə gətirib çıxarıb.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli Musteqil.az-a bildirib ki, yumurta istehsalında maya dəyərinin sabitləşməsi nəticəsində iki aya yaxındır topdansatış qiymətləri dəyişməz olaraq qalıb:

“Ötən il bu vaxt yumurtanın topdansatış qiyməti 19 qəpik idi. Bu il isə 15 qəpikdir. Bu il qış fəslinin başlanması ilə bağlı olan ənənəvi bahalaşma da olmadı. Gözləntilərimiz hazırkı qiymətlərin yaxınmüddətli dövrdə dəyişməyəcəyi istiqamətindədir”.

APEPEA rəhbəri qeyd edir ki, toyuq əti istehsalında isə azadolmalar, həmçinin qlobal bazarlarda soyanın qiymətində müşahidə olunan ucuzlaşma Azərbaycan istehsalçılarına qiymətləri endirməyə imkan yaradıb: “Artıq bir neçə gündür soyudulmuş toyuq ətinin 1 kiloqramı 4,7-5manatdan 4,2-4 manata endirilib. Müvafiq endirim ayrı-ayrı hissələrə(qanad, bud, bud dibi, file və sair) də aiddir. İstehsalçı müəssisələrin nümayəndələri ilə apardığımız müzakirələrdən belə aydın olur ki, endirimli qiymətlər xalqımızın mühüm bayramı olan Dünya Azərbaycalılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində də qüvvədə olacaq. Qlobal bazardakı mövcud konyuktur, həmçinin dövlətimizin yem və yem qatqılarına münasibətdə tətbiq etdiyi azadolmalar davam etdiyi müddətdə qiymətlərin bahalaşmasını real hesab etmirik”.

Məlumat üçün bildirək ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin30 iyun tarixli“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasənh 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.

Daha sonra Azərbaycan Prezidenti, cənab İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541