1454995

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.

Musteqil.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//augailou.com/4/5013541