615600 src

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Dövlət qurumlarının əməkdaşları Rusiya sülhməramlılarının qərargahında sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılmasını müzakirə edəcək”.

Musteqil.az “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.

“Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir ”, – deyə məlumatda qeyd olunub.

15.55

Sülhməramlıların Xankəndidəki qərargahında aparılan danışıqlar Azərbaycan tərəfinin istədiyi nəticəni verib.

Musteqil.az xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, – deyə qeyd olunub.

15:45

Danışıqlar nəticəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzərGold” əməkdaşları sülhməramlıların müşayiəti ilə Xankəndiyə yollanıblar.

Bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb.

Sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi şəhərindəki qərargahında ölkəmizin Qarabağ regionunda ekoloji monitorinqin təşkili və aparılması məsələsi müzakirə olunacaq.

15.21

Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yol ayrıcında bağlanması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Musteqil.az xəbər verir ki, bununla da Xankəndidən Ermənistana kilometrlərlə tıxac yaranıb.

Qeyd edək ki, bu gün saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

615600 src
615601 src

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whoursie.com/4/5013541