Avropa İttifaqının Azərbaycandakı səfiri Ağalı kəndində səfərdədir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Zəngilan rayonunun Ağalı kəndində səfərdədir.

Metbuat.az xəbər verir ki, bu barədə P.Mixalko tviter səhifəsində yazıb.

“Altı aydan sonra yenidən Ağalıda. Burada əldə olunmuş tərəqqi heyranlıq doğurur. Burada yaşayan dostum Möhübbət Səmədovla görüşdüm. Ağalıya ilk köçürülənlərdən olan o və ailəsi burada birlikdə xoşbəxt həyat qurublar. Cənab Səmədova və ailəsinə xoşbəxtlik və firavanlıq arzuladım!”, – paylaşımda deyilir.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin Zəngilan rayonuna səfəri başlayıb. Səfər proqramında, iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri – səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu