“Argentinanın həlledici anda sözünü deməyi bacaran Messiləri var, ancaq…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Argentina yığmasının DÇ-2022-nin qalibi olmaq şanslarını dəyərləndirib.

Metbuat.az xəbər verir ki, “Marca” onun dediklərini belə çatdırıb:

“Dünya birinciliyinin qalibi bunu meydanda sərgilədiyi oyunla haqq edən komanda olacaq. Argentina o qədər də yaxşı futbol göstərmir. Ancaq bu komandanın futbolçuları çox qaçır, ürəklə mübarizə aparırlar. Belə desəm, istəklidirlər. Üstəlik, onların həlledici anda sözünü deməyi bacaran Messiləri də var… Ancaq Argentinanın mundialı qazanacağını desəm, bu, yalan olar”.

Qeyd edək ki, Argentina Xorvatiya ilə sabah, dekabrın 13-də 1/4 final matçına çıxacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu