1455151

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya yığmasına qalib gələn Argentina seçməsi dörddəbir finala yüksəlib.

Musteqil.az xəbər verir ki, “Əhməd ibn Əli” stadionunda oynanılan matçda ilk qolu Argentina millisi vurub. Qarşılaşmanın 35-ci dəqiqəsində Lionel Messi baxımlı qola imza atmaqla hesabı açıb. Fasiləyə Argetina millisi minimal üstünlüklə yollanıb.

Matçın 57-ci dəqiqəsində avstraliyalı qapıçı Metyu Rayanın səhvindən istifadə edən Julian Alvares komandasını hesabda önə keçirib. Görüşün 77-ci dəqiqəsində argentinalı yarımmüdafiəçi Entso Fernandes avtoqolla yadda qalıb. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Argentina millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dörddəbir finala yüksələn komanda bu mərhələdə Niderland yığması ilə üz-üzə gələcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//dolatiaschan.com/4/5013541