Antibiotik müalicəsini təkmilləşdirən üsul: “Ağıllı” hüceyrələr

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kanadanın McMaster Universitetinin fizikləri tərəfindən güclü antibiotikləri qırmızı qan hüceyrələri vasitəsilə bütün bədənə təhlükəsiz şəkildə daşınması üçün “nəqliyyat” kimi istifadə edən təbii sistem hazırlanıb.

Metbuat.az “SciTechDaily” nəşrinə istinadən xəbər verir ki, “ağıllı” qırmızı qan hüceyrələri antibiotiklərin xüsusi bakteriyaları hədəf almasına və onları məhv etməsinə imkan verir.

“ACS Infectious Diseases” jurnalında dərc olunan araşdırmada təqdim olunan bu üsul alimlərin fikrincə, antibiotik müqavimətinin davam edən böhranını həll etməyə kömək edə bilər. Tədqiqatçılar qırmızı qan hüceyrələrini dünyada ən güclü bir neçə antibiotiklərdən biri olan Polymyxin B (PmB) üçün daşıyıcı kimi modifikasiya edib və sınaqdan keçiriblər. Bu antibiotik sətəlcəm, qastroenterit və qan dövranı infeksiyaları da daxil olmaqla bir sıra ağır xəstəliklərə səbəb ola bilən “E. coli” kimi xüsusilə zərərli və dərmanlara qarşı dayanıqlı olan bakteriyalarla mübarizə aparmaq üçün istifadə olunur.

Belə ki, tədqiqatçılar qırmızı qan hüceyrələrini açmaq və daxili komponentləri çıxarmaq üçün bir üsul hazırladılar. Hüceyrələrin daxili komponentləri çıxarıldıqdan sonra isə hüceyrənin yalnız dərman molekulları ilə yüklənə və bədənə qaytarıla bilən liposom adlanan bir membranını saxladılar. Proses həmçinin membranın xarici hissəsinin antikorlarla örtülməsinə, onun bakteriyalara yapışmasına və antikoru təhlükəsiz şəkildə çatdırmasına imkan verir.

McMaster Universitetində biofizika fakültəsinin aspirantı və tədqiqatın aparıcı müəllifi Hanna Kriviç belə izah edir:

“Əslində biz bu antibiotiki içərimizdə gizlətmək üçün qırmızı qan hüceyrələrindən istifadə edirik.Beləliklə, antibiotik bədəndə dövr edərkən sağlam hüceyrələrlə qarşılıqlı əlaqədə olmayacaq və ya onlara zərər verməyəcək. Biz bu qırmızı qan hüceyrələrini elə hazırladıq ki, onlar yalnız hədəf almaq istədiyimiz bakteriyaları hədəf alacaqlar”.

Tədqiqatçı komanda McMaster Universitetinin Fizika və Astronomiya Departamentinin professoru Maikel Rheinstädter tərəfindən idarə olunur. Professor Rheinstädter isə bu üsulun müsbət cəhətlərindən danışır:

“Bir çox ənənəvi dərman müalicəsi ilə bağlı problemlər var. Onlar qan dövranı sistemimizə daxil olduqda və bədənimizdə təsadüfi şəkildə paylandıqda dərmanların təsiri sürətlə azalmağa meyllidir. Buna görə də tez-tez daha yüksək dozalar və ya təkrar dozalar almalıyıq. Bu da bədəni daha çox dərmana məruz qoyur və yan təsirlərin riskini artırır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu