Almaniyadakı çevriliş planını Rusiya hazırlamayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rusiyanın Almaniyadakı çevriliş planı ilə bağlı əlaqəsi yoxdur. Biz də hadisəni mətbuatdan öyrəndik”.

Metbuat.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Almaniyadakı hadisələr ölkənin daxili məsələsidir.

“Onlar artıq bəyan ediblər ki, Rusiyanın hadisədə iştirakı ilə bağlı heç bir spekulyasiya ola bilməz. Hadisəni mətbuatdan öyrəndik, bununla bağlı deyəcək bir şeyimiz yoxdur” – Peskov deyib.

Qeyd edək ki, Almaniyada çevriliş planı hazırlayan qruplaşmaya qarşı axtarışlar keçirilib. Biri rusiyalı olmaqla 25 şübhəli saxlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu