1456025

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb.

Musteqil.az xəbər verir ki, aksiyaçılar Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.

Həmçinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Dinc aksiya artıq 4-cü günündədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//vaikijie.net/4/5013541