1455486

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Musteqil.az xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyəti məlumat yayıb.

Səmərəli əməkdaşlığa görə Dünya Bankının rəhbərliyinə təşəkkürünü bildirən sədr R.Rüstəmov qonaqları qurumun 2023-cü il üzrə fəaliyyət planının əsas istiqamətləri haqqında məlumatlandırıb.

Görüşdə son illərdə Azərbaycanın iri tranzit və logistika mərkəzinə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, yeni regional nəqliyyat layihələri, o cümlədən “Orta Dəhliz”lə bağlı geniş fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541