Rəşad Nəbiyev Şirvanda vətəndaş qəbulu keçirəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

Metbuat.az nazirliyə istinadən xəbər verir ki, qəbul dekabrın 7-də, saat 10:00-da Şirvan şəhərindəki Gənclər Mərkəzində (ünvan: Naxçıvan küçəsi 1B) keçiriləcək.

Nazir nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya-radio yayımı və poçt xidmətləri sahələrində əhalinin problemlərini dinləyəcək.

Qəbula yazılmaq üçün dekabrın 6-na qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu