1454853

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm potensialının və turizm məhsullarının nümayiş etidirilməsi məqsədi ilə Azərbaycan nümayəndə heyəti İspaniyada keçirilən “IBTM World” sərgisində iştirak edir.

Musteqil.az-a Agentlikdən verilən məlumata görə, sərgidə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər, “Azərbaycan Hava Yolları” QSC, Bakı Konqres Mərkəzi və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla ümumilikdə 11 tərəfdaş təmsil edir.

Dekabrın 1-dək davam edəcək sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilir, Azərbaycanın işgüzar turizm potensialı haqqında təqdimatlar nümayiş etdirilir.

“IBTM World” işgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri hesab edilir. Tədbirdə iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.

Qeyd edək ki, 1987-ci ildən bəri hər il keçirilən “IBTM World” ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri sayılır və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən 15 mindən çox mütəxəssisi bir araya gətirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whoursie.com/4/5013541