YUĞ Dövlət Teatrı yeni mövsümə premyera ilə başlayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayıb.

Metbuat.az-a teatrdan verilən məlumata görə, 2 oktyabr tarixində saat 19.00-da nümayiş olunan “Şəbədə” tamaşası M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” pyesi əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir. Janrı mərhəmətsizlik aktı olaraq müəyyənləşdirilən “Şəbədə”də Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Elgün Həmidov, Vüqar Hacıyev, Amid Qasımov, Ziya Ağa, Elçin Əmirov, Mətanət Abbas, Ləman Mərrih və Günəş Mehdizadə çıxış edirlər.

Tamaşanın ideyası belə səslənir: “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu