Yeni təklifi rədd etdi – Xəyallarının arxasınca gedir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

PSJ-nin futbolçusu Lionel Messi klubdan ayrılmağa qərar verib.

Metbuat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hücumçu bu barədə yaxınlarına deyib. Bildirilir ki, PSJ-nin yeni müqavilə təklifinə baxmayaraq, Messi mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq. Messinin PSJ klubundakı ab-havanı bəyənmədiyi irəli sürülür. Onun ilk seçimi “Barselona” ya qayıtmaqdır. İddia edilir ki, bu transfer reallaşmasa, Messi ABŞ-a gedəcək. Messi ABŞ-da futbol oynamaq istədiyini bir neçə dəfə səsləndirmişdiş

Qeyd edək ki, Messinin mövsümün əvvəlində “Barselona”nın baş məşqçisi Xavi ilə əlaqə saxlayaraq, qayıtmaq istədiyni ifadə etmişdi. Xavi buna etiraz etməsə də, maliyyə şərtlərinə görə son qərarı klub rəhbərliyinin verəcəyini qeyd etmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu