Teleaparıcı Amil Xəlil nişanlandı – FOTOLAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Space TV-nin məşhur aparıcısı Amil Xəlil nişanlanıb.

Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, ötən gün jurnalistin nişan mərasimi baş tutub. Sosial şəbəkələrdə isə aparıcının bir dəfə evli olması ilə bağlı da məlumatlar yayılıb.

Aparıcı bununla bağlı saytımıza açıqlama verib. Amil Xəlil ilk dəfədir nişanlandığını və heç vaxt evli olmadığını deyib: “Nə yatıb nə yuxu gördüm ki? 20 yaşımdan televiziyada çalışıram. Qismət bu günə imiş. Şükür ki, hər şey qaydasındandır”.

Qeyd edək ki, Amil Xəlil Azərbaycanın məşhur telejurnalistlərindən biri, Space TV-də sosial-kriminal verilişlərin layihə rəhbəri və aparıcısıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu