Sumqayıtda güclü yanğın baş verib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.

Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

22:03

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərində yerləşən sexlərin birində yanğın baş verib.

Metbuat.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə cəlb olublar.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək işçilərin təxliyəsi təmin olunur.

20:51

Sumqayıtda sexdə yanır.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu