1450426

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərsu” ASC Sumqayıtda abonentlərin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədilə həyata keçirdiyi pilot layihənin icrasını yekunlaşdırıb.

Musteqil.az bu barədə quruma istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayonunda icra olunan layihə 45 çoxmənzilli yaşayış binasını əhatə edib.

Bir neçə il öncə həmin binaların daxili su təchizatı sistemləri yenidən qurularaq sayğaclaşma işləri aparılsa da, mövcud infrastukturun imkanları yuxarı mərtəbələrdə yaşayan sakinləri dayanıqlı içməli su ilə təmin etməyə imkan vermirdi. Binalara gün ərzində səhər və axşam qrafik rejimlə, ümumilikdə 8 saat içməli su verilirdi. Üstəlik bəzi hallarda yuxarı mərtəbələrdə suyun təzyiqinin aşağı olması sakinlər üçün narahatlıq yaradırdı.

Layihə çərçivəsində binaları içməli su ilə təchiz edən mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb. Stansiyanın idarəetmə sistemi tamamilə yenilənib və avtomatlaşdırılıb. Yeni yaradılan hidrofor sistemi sakinlərin təzyiqli və fasiləsiz içməli su ilə təmin olunmasına imkan verir. Bununla da, 4 684 abonentin (təxminən 17 min sakin) içməli təminatı əsaslı şəkildə yaxşılaşdırılıb.

Ötən illərdə Sumqayıtda görülmüş işlər nəticəsində fasiləsiz su alan abonentlərin xüsusui çəkisi 93 %-ə, sayğaclaşma səviyyəsi isə 91 %-ə çatıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whulsaux.com/4/5013541