Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
48 saylı məktəbdə şagirdlərin yemək bişirməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.
“Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb”, – qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.