1450244

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ruhəngiz çıxıb getdi, heç bizimlə sağollaşmadı da. Sonra iki dəfə ona zəng etdim, cavab da vermədi. Təxminən 20 gün öncə qızının yanına Honkonqa getmişdi. İndi bilmirəm Honkonqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq onu bilirəm ki, Azərbaycanda deyil”.

Musteqil.az moderator.az-a istinadən xəbər verir ki, bunu Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova deyib. O, daha sonra əlavə edib.

“Bilmirəm, qızının yanından gətirilib burada dəfn olunacaq, ya yox. Çünki ordan bura gətirmək böyük xərc tələb edir. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki, ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar. Mənimlə çox yaxın rəfiqə idi, daha sonra da Bəstəkarlar İttifaqının xətti ilə bir çox ölkələrə səfərlər etmişik. Rəhmətlik oğlum onun haqqında monoqrafiya yazmışdı, hər dəfə razılıq və təşəkkür edirdi” deyə sənətkarın yaxın rəfiqəsi deyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whoursie.com/4/5013541