“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağı olub.
Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmada “Qarabağ” komandası 3:0 hesablı qələbə qazanıb.
Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Peltonun idarə etdiyi oyunda Ağdam təmsilçisinin heyətində Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayev fərqləniblər.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edib. Görüş Almaniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabında 9 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 6 xalla ikinci, “Nant” isə 3 xalla üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu