“Qarabağ” “Olimpiakos” matçı heç-heçə bitdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda “Qarabağ” və Yunanıstanın “Olimpiakos” komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başa çatıb.

Metbuat.az xəbər verir ki, “köhlən atlar” G qrupunun IV turunda Yunanıstanda “Olimpiakos”u qonaq edib. Qarşılaşma qolsuz heç-heçə ilə bitib. Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edib.

Oyunun ilk dəqiqələrindən fəal oyuna başlayan “Qarabağ” bir neçə qol imkanı əldə etsə, rəqib qapısından top keçirmək mümkün olmayıb. 40-cı dəqiqədə “Qarabağ” cərimə zərbəsi endirib. Qara Qarayev topu oyuna daxil etsə də, rəqibin qapıçısı qolun qarşısını alıb. 43-cü dəqiqədə isə “Olimpiakos” güclü hücumla “köhlən atlar”ın qapsına doğru hərəkət edib. Şahruddin Məmmədəliyevin topa toxunuşu ilə rəqib qol şansını itirib. İlk hissəyə 1 dəqiqə əlavə edilsə də, tərəflər fərqlənə bilməyib.

Oyunun ikinci hissəsində də hər iki komanda güclü hücuma keçib. 59-cu dəqiqədə rəqib iki oyunçu dəyişib. “Köhlər atlar” da ciddi itki ilə üzləşib. Belə ki, 10-cu dəqiqədə zədələnən braziliyalı Kadi Borges matçı sona çatdıra bilməyib. Onun yerinə meydana 62-ci dəqiqədə Filip Ozobiç daxil olub. 66-cı dəqiqədə sarı vərəq alan Riçard Almeyda meydandan çıxaraq yerinə Marko Veşoviç gəlib. Eyni zamanda Qara Qarayevin yerinə Julio Romao meydana daxil olub. Görüşün 70-ci dəqiqəsində “Qarabağ” güclü hücumla rəqib qapısına yaxınlaşsa da Ozobiçin dəqiq olmayan zərbəsi uğursuz alınıb. 84 -cü dəqiqədə isə Ovusu Kvabenanın yerinə Abbas Hüseynov, Elvin Cəfərquliyevin əvəzinə isə Toral Bayramov meydana daxil olub. Eyni dəqiqələrdə rəqib komanda da dəyişiklik edib.

Oyunun əsas vaxtına 5 dəqiqə əlavə edilib. Hər iki komandanın güclü hücumlarına baxmayaraq matç qolsuz heç-heçə ilə başa çatıb.

Beləliklə, rəqibi ilə qolsuz bərabərə qalan “Qarabağ” xallarının sayını 7-yə çatdıraraq UEFA Konfrans Liqasının pley-offunda iştirakı təmin edib.

Qrupun digər görüşündə Almaniya “Frayburq”u Fransada “Nant”a qalib gəlib – 4:0. “Qarabağ” 7 xalla ikinci, “Nant” 3 xalla üçüncü, “Olimpiakos” 1 xalla sonuncu pillədədir.

Qeyd edək ki, “Qarabağ” səfərdə Yunanıstanın “Olimpiakos”unu 3:0 hesabı ilə məğlub etmişdi.

21:32

Bakıda “Qarabağ” və Yunanıstanın “Olimpiakos” komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, ilk hissə qolsuz başa çatıb.

20:45

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirir.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda “Olimpiakos”u qəbul edir.

Qarşılaşma start götürüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu