Putindən yeni həmlə – Rusiya və Belarus ordularını birləşdirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya və Belarus birgə regional qoşun qrupu təşkil edir.

Metbuat.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib. O bildirib ki, birlik dövlətinin qərb sərhədlərində təhlükə artdığına görə, Rusiya və Belarus regional qüvvələrini formalaşdırmaq barədə razılığa gəlib. Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə ötən həftə bu barədə qərar qəbul etdiklərini ifadə edib. Lukaşenko məsələnin Belarus ordusunun komandanları ilə də müzakirə edildiyini ifadə edib.

“Bu qərarımız birlik dövləti müqaviləsinə tamamilə uyğundur. Müqavilə sərhədlərimizdəki təhdidin indiki səviyyəyə çatacağı təqdirdə birgə hərbi gücümüzdən istifadə etməyi nəzərdə tutur” – Lukaşenko deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu