Praqada Əliyev və Ərdoğanla danışan jurnalist kimdir?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, “Avropa siyasi birliyi” Zirvə Toplantısında İham Əliyev və Rəcəb Tayyib Ərdoğanla “Azadlıq Radiosu”nun jurnalisti arasında maraqlı dialoq olub.

Metbuat.az xəbər verir ki, liderlərlə bu dialoqu jurnalist Ülviyyə Əsədzadə gerçəkləşdirib. Uzun illərdir ki, mətbuatda olan Ülviyyə Əsədzadə “Azadlıq Radiosu”nun müxbiridir.

Qeyd edək ki, İlham Əliyev jurnalistin suallarını cavablandırarkən bildirib ki, Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik:

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik. Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu