Peyvənd olunanların sayı açıqlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda son gündə koronavirus əleyhinə 728 vaksin vurulub.

Bu barədə Metbuat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 129, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 299, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 42 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 896 627 təşkil edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu