1450313 scaled

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin üzvləri ilə görüş keçirilib.

Musteqil.az-a Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, Agentlik işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmini, əmək bazarının araşdırılması, işəgötürənlərə dəstək, məşğulluq xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması məqsədilə proqram və layihələr həyata keçirir.

Qurumun bu yöndə 24 funksional istiqaməti mövcuddur. M.Abbasbəyli Agentlik tərəfindən daim əmək bazarının araşdırıldığını, müasir çağırışların öyrənildiyini və bunun İKT-nin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd edib.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov İKT-nin inkişafı istiqamətində əldə olunan nailiyyətlər, qarşıya çıxan çətinliklər və imkanlardan danışıb.

Görüşdə AİKTSA ilə Agentliyin birgə fəaliyyətinin verəcəyi töhfələr, bu sahə üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Ölkəmizdə İKT-nin inkişafını təşviq etmək məqsədilə birgə təkliflər paketinin hazırlanmasına dair razılığa gəlinib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//nossairt.net/4/5013541