1450195

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi payızlıq əkinlərin başlaması ilə əlaqədar bölgələrdə “100 kənddə 100 təlim” adı altında informasiya kampaniyasına start verib.

Musteqil.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd fermerlərin bilik və bacarıqlarının artırılması, onları payızlıq əkinlər ərəfəsində düzgün aqrotexniki tədbirlər barədə məlumatlandırmaqdır.

Layihə çərçivəsində 35 min fermerin təlimlərə cəlb olunması nəzərdə tutulur. Bu məqsədlə 18 rayon üzrə seçilmiş 100 kənddə Aqrar Təlim Mərkəzinin peşəkar mütəxəssisləri təlimlərə başlayıb.

İlk təlimlər Salyan rayonunun Kürsəngi, Xələc, Qarabağlı, Şorsulu və Neftçala rayonun Aşağı Qaramanlı kəndlərində keçirilib. Aşağı Qaramanlıdakı təlimdə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov fermerləri təlimlərdə aktiv iştiraka çağırıb. Nazir bildirib ki, fermerlərin aqrar sahənin müxtəlif istiqamətləri üzrə təlimlərə cəlb etmək nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə illik təlim planı təsdiqlənib, plan əsasında nazirliyin müxtəlif qurumlarının əməkdaşları, o cümlədən Aqrar Təlim Mərkəzinin mütəxəssisləri müxtəlif mövzularda sahəvi təlimlər təşkil edir. Payızlıq əkinlər ərəfəsində keçirilən təlimlər fermerlərə əldə etdikləri nəzəri bilikləri təcrübədə uğurla tətbiq etməyə, nəticədə mövsümü yüksək məhsuldarlıqla və daha çox gəlirlə başa vurmağa imkan verəcək.

Tədbirdə təlim ehtiyaclarının müəyyən olunması ilə sorğu keçirilib, fermerlərin təklifləri qeydə alınıb. “100 kənddə 100 təlim” layihəsi şətçivəsində növbəti tədbirlər gələn həftə Ağcabədi və Tərtər rayonlarında təşkil olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//vaikijie.net/4/5013541