Nizami Kino Mərkəzində “Musiqili Proyektor” multimedia şousu keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

25 iyun, saat 20:00-da, Nizami Kino Mərkəzində “ART-EAST MEDİA GROUP” şirkətinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyasının dəstəyilə ilə “Musiqili Proyektor” multimedia şousu keçiriləcək.

Metbuat.az xəbər verir ki, “Musiqili Proyektor” multimedia şousunda “AVANQARD” kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən film və cizgi filmlərinin saundtrekləri yeni aranjimanda tamaşaçılara təqdim ediləcək.

Artıq ənənə halını almış, paytaxtımızın ən sevilən və əsrarəngiz layihəsi olan bu konsert proqramında ölkədə və hətta geniş coğrafiyada böyük sevgi və rəğbət qazanmış ekran əsərlərindən seçilmiş musiqi nümunələri parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar məşhur filmlərdən fraqmentlərlə müşayiət olunacaq.

Bununla da “AVANQARD” kamera orkestri paytaxtın mədəni həyatını parlaq səslər palitrasında təsvir edərək, çoxsaylı musiqisevərlərin qəlbində heyranlıq doğurur. Orkestrin tərkibi prezident təqaüdçüləri, regional və beynəlxalq müsabiqələrin laureatları olan iyirmi üç peşəkar musiqiçidən ibarətdir.

Bir tərəfdən dünyanı cənginə almış COVİD-19 pandemiyasının sərt qapanmaları, digər tərəfdən texnogen sivilizasiyanın sürətlə inkişafı nəticəsində insanlar arasında azalan ünsiyyət və digər qlobal amillərə meydan oxuyan “AVANQARD” kamera orkestri təqdim edəcəyi multimedia şousu ilə tamaşaçılarda yeni bədii zövqün formalaşmasına, uzun müddətlik xoş təəssürat və əhval-ruhiyyə yaradaraq, unudulmaz xatirələrə çevriləcək anlar yaşadacaqdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu