1449909

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən elektronika malları satılan mağazlardan birində yanğın baş verib.

Musteqil.az-a DİNin mətbuat xidmətindən verilən məlumata görə, mağazadan gecə saatlarında Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalına Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dərhal operativ reaksiya göstərilib.

Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər. Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər.

Yanğının baş vermə səbəbləri digər dövlət orqanları tərəfindən araşdırılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541