1450304 scaled

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXIX iclası keçirilib.

Musteqil.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “Vergi ödəyicilərinin məmnunluq səviyyəsinin müəyyən edilməsi, vergi ödəyicilərinə xidmət keyfiyyətinin yüksəldilməsi, MDB-yə üzv ölkələrdə əks-əlaqə və istifadəçi təcrübəsinin tədqiqatı əsasında interaktiv xidmətlərin inkişafı” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Koordinasiya Şurasının 2021-2022-ci il üçün İş Planı üzrə görülmüş işlər, MDB-nin 2030-cu ilə qədər olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının layihəsinin birinci mərhələsinin (2021-2025-ci illər üzrə) həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı məsələlər, növbəti iclasın mövzusu və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirdə, həmçinin, vergi ödəyicilərinə xidmət keyfiyyətinin yüksəldilməsi, MDB-yə üzv ölkələrdə istifadəçi təcrübəsinin tədqiqi əsasında interaktiv xidmətlərin inkişafı mövzusu geniş müzakirə olunub. Qeyd edilib ki, MDB iştirakçısı olan ölkələrin vergi orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri həm xarici, həm də daxili dəyişikliklərə çevik reaksiya verən və vergi xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə yönəldilmiş çevik mexanizm formasında rahat vergi sisteminin qurulmasıdır.

Azərbaycan tərəfi tədbirdə vergi ödəyicilərinə xidmət sahəsində milli təcrübə ilə bağlı təqdimatla çıxış edib, iclas iştirakçılarına göstərilən elektron xidmətlər, vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti, həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr barədə geniş məlumat verilib.

Tədbir iştirakçıları Rusiya Federal Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət sahəsində təcrübəsini nəzərə alaraq və daha səmərəli inzibatçılıq üçün vergi orqanlarının ödəyicilərin ekosistemlərinə inteqrasiyasının vacibliyini vurğulayaraq, müştəriyönümlü inkişafla bağlı birgə işçi qrupun yaradılması barədə qərar qəbul ediblər.

İclasda Koordinasiya Şurasının 2022-2023-cü illər üçün İş Planı və növbəti iclasın əsas mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

MDB üzvü olan dövlətlərin Vergi Xidməti Rəhbərlərinin Koordinasiya Şurasının XXX iclasın 2023-cü ilin ikinci yarısında Qazaxıstan Respublikasında keçirilməsi planlaşdırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//grunoaph.net/4/5013541