Mahir Emreli barədə xoş xəbər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiyada Avstriya “Zaltsburq”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda meydana çıxa bilər.

Metbuat.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis 25 yaşlı hücumçunun heyətdə olacağını bildirib. Lakin o, forvarda şans verib-verməyəcəyini açıqlamayıb.

Qeyd edək ki, FIFA Mahir Emrelini sabiq klubu olan Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Hücumçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra ali futbol qurumu onunla bağlı qərarı ləğv edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu