Mətbuat Şurası sədrinin müavinləri seçilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Toplantını giriş sözü ilə MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Şuranın İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayında seçilmiş üzvlərinə təbriklərini çatdırıb, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.

Şuradan Metbuat.az-a bildirilib ki, R.Məcid MŞ-nin media-ictimaiyyət, media-hakimiyyət münasibətlərininn tənzimlənməsindəki rolundan söz açaraq bildirib ki, qurum uzun illər bu missiyasını sabiq sədr, hazırda “Xalq qəzeti”nin baş redaktoru kimi fəaliyyət göstərən İH üzvü Əflatun Amaşovun rəhbərliyi ilə uğurla reallaşdırıb. R.Məcid Şuranı yeni dövrün çağırışlarına uyğun daha dinamik fəaliyyət dövrünün gözlədiyini vurğulayıb, İdarə Heyətinin hər bir üzvünün ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Bundan sonra MŞ-nin strukturlarının formalaşdırılıb. İH-nin ictimaiyyət təmsilçilərindən olan üzvü Bakı Dövlət Universitetinin dekanı, professor Vüqar Zifəroğlu, jurnalistlərdən olan üzvü ATV prezidentinin müşaviri Səadət Məmmədova MŞ sədrinin müavinləri seçiliblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu