6f004e2f36 2628deb0d29c49ce72ea3da82fb040ad

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fabritsio Konti adlı italiyalı bir neçə gün öncə Romada “Qarabağ” klubunun fan-qrupunun əsasını qoyub.

Bəs görəsən, kreativ direktor vəzifəsində çalışan “Milan” azarkeşi ilə “Qarabağ” klubunu nə bağlayır?

Musteqil.az xəbər verir ki, məşhur tennisçi Rocer Federer, “Yuventus”, “İnter” kimi klublarla çalışmış 53 yaşlı Fabritsio Ağdam təmsilçisinə qarşı yaranan sevgisi barədə Offsideplus.az-a danışıb.

Müsahibimin “Qarabağ” komandası ilə tanışlığı Ağdama səfəri zamanı baş tutub. Belə ki, oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər. İmarət Kompleksində görüləcək işlər isə İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkəti tərəfindən hazırlanıb. Adıçəkilən şirkətin əməkdaşlarından biri də Fabritsiodur…

6f004e2f36 2628deb0d29c49ce72ea3da82fb040ad

“Hazırda bir çox layihə üzərində işləyirik. Ən maraqlısı isə “İmarət”in bərpası idi. 4 gün öncə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılış mərasimində iştirak etdi. “Qarabağ” klubuna marağımın yaranması Ağdamdakı İmarət Kompleksinin bərpası üzərində çalışmağımdan qaynaqlanır. Klubun tarixi ilə yaxından maraqlandım. Çox maraqlıdır ki, müharibə səbəbindən doğma meydanda oynamaqdan didərgin düşmüş “Qarabağ” klubunun tarixi bilinmir. Bu cür çətinliklərdən keçmiş klubun hazırda belə səviyyədə komanda olması sevindirici haldır. Sonra “Qarabağ” fan-klubunu yaratmaq qərarına gəldim. Bunu, bu gözəl ölkəyə verdiyim hədiyyə olaraq düşünün. Çox şeylərdən keçmiş, müharibə görmüş klubun tarixi sadəcə möhtəşəmdir. Daha çox insanla bu hekayəni bölüşmək istəyirəm”.

1ac9a24f14 57422e7f163d9223973934be769c815e

F.Konti yeni fəaliyyətə başlayan fan-qrupu daha çox insana tanıtmaq məqsədində olduqlarını söylədi:

“Loqoda “Qarabağ” klubunun loqosu və Roma Kolizeyindən istifadə etdik. Hazırda fan-qrup yalnız sosial şəbəkələrdə fəaliyyət göstərir. İnsanların marağını cəlb edəndən sonra qarşıdakı günlərdə veb-sayt versiyasını hazırlayacağıq. Fəaliyyətə 2-3 gün öncə başlamışıq deyə fan-qrupun üzvləri çox azdır. Ən yaxşısı say barədə sonra danışaq (gülür). Məqsədimiz klubu daha çox insana tanıtmaqdır”.

60a52fa1f6 whatsappimage2022 10 08at181957

Məşhur brendlər, İtaliyanın nəhəng klubları, tanınmış idmançılarla çalışmış Konti “Qarabağ”ın sabiq futbolçusu Səttar Əliyevlə görüşdüyünü bildirdi:

“20 ildir ki, idman marketinqi sahəsində çalışıram. “Nike” markası, məşhur tennisçi Feder Rocerer, “Yuventus”, “İnter”, “Milan” kimi klublarla çalışmışam. Bir müddət “Sisili” klubuna rəhbərlik etmişəm. Hazırda İmarət Kompleksinin bərpası məqsədilə Ağdamda işləyirəm. Şirkətimlə müqavilə imzaladıq. Bir çox futbolçularla görüşmüşəm. Muzey layihəmlə (//www.fabriziocontiartdirector.com/) əlaqədar Qarabağda olduğum vaxt klubun iki sabiq futbolçusu ilə görüşdüm. Onlardan birinin adını xatırlayıram, Səttar Əliyev idi (red. – Səttar Əliyev uzun müddət “Qarabağ”ın müdafiəçisi qismində çıxış etdikdən sonra 2005-ci ildə karyerasını bitirib və məşqçiliyə başlayıb)”.

“Qarabağ” “Roma” ilə oynayan vaxt İtaliyada deyirdilər ki, “Roma” Ağdam komandası ilə oynayır. Ağdamı tanıyırdılar, Azərbaycanı isə yox”.

7be07698d5 whatsappimage2022 10 08at185544

“Hazırda Romadayam, burada Azərbaycana sevgi bəsləyən çoxlu italyanlar tanıyıram. “Milan” azarkeşiyəm, amma hazırda ikinci favoritim “Qarabağ”dır (gülür). Ağdam təmsilçisinin Bakıda və ya Avropadakı oyunlarını stadiondan izləmək istərdim. “Qarabağ” Avropa Liqasında gözəl performans sərgiləyir. Bir neçə gün əvvəl “Olimpiakos” üzərində qələbə qazandılar. 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın “Roma” ilə oyunları İtaliyada böyük marağa səbəb olmuşdu. Həmin vaxt deyirdilər, “Roma” Ağdam komandası ilə oynayır. Ağdamı tanıyırdılar, Azərbaycanı isə yox (gülür)”.

İdman sahəsi ilə bu qədər bağlı olan Kontinin ailəsində futbolla məşğul olan üzv də var. Belə ki, oğlu Pablo “Latsio” klubunun U-16 komandasında çıxış edir:

“Oğlum Pablo “Latsio” klubunda peşəkar futbolçudur. 16 yaşadək futbolçulardan ibarət komandası ilə bu il rəsmi müqavilə imzaladı. Hücumçu mövqeyində çıxış edir”.

0dceaac307 2224071 46380250 2560 1440

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541