Krım körpüsünü kim partlatdı: Ukrayna, yoxsa…?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Çox böyük ehtimalla Krım körpüsündə baş verən partlayış Ukrayna tərəfindən həyata keçirilib”.

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Turan Rzayev bildirib. Onun sözlərinə görə, Körpü Rusiyanın 2014-cü ildə Krımın ilhaq etməsinin əsas simvolu sayılırdı.

“Körpünün partladılması ilə rəsmi Kiyev Krımın işğaldan azad ediləcəynə eyham vurur. Bunu ukraynalı rəsmilərin açıqlamaları da sübut edir. Prezident Volodimir Zelenski isə şənbə günü gecə çıxışında hadisəni etiraf edərək deyib ki, “ölkə ərazisində havalar əsasən “günəşli idi”. Ondan əvvəl isə hadisəni Ukrayna Prezident aparatı rəhbərinin müşaviri öz Twitter səhifəsində bu paylaşımı edib: “Krım, körpü, başlanğıc. Qanunsuz hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiyanın işğal etdiyi hər şey çıxarılmalıdır”.

Bununla belə körpünün Ukrayna tərəfindən təkbaşına və rəsmi Kiyevin öz imkanları daxilində partladıldığını düşünmürəm. Misal üçün Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv “Rusiyanı Krım yarımadası ilə birləşdirən körpü mütləq dağıdılacaq” deyərkən həm də “Ukraynanın hazırda Kerç boğazından keçən Rusiya körpüsünə zərbə endirmək imkanı yoxdur. Bunun üçün Azov dənizinin sahillərinə çox yaxınlaşmaq lazımdır” demişdi”.

Ekspert hesab edir ki, partlayışın pərdəarxasında ABŞ var.

“Partlayışda ABŞ-ın əlinin olduğu istisna deyil. Aydın məsələdir ki, rəsmi Vaşinqton Ukrayna müharibəsində birbaşa iştirakçı olmasa da pərdəarxasında prosesə aktiv şəkildə müdaxilə edən ölkədir. Özü də bu fəaliyyət təkcə hərbi deyil, həm də siyasi xarakter daşıyır. Görünən odur ki, körpünün partladılması rəsmi Vaşinqtonun təlimatı və çox güman ki, öz resursları hesabına a reallaşıb. Vaşinqtonun Krım körpüsünün partladılmasından gözləntisi şübhəsiz ki Kremlin taktiki nüvə silahından istifadə etməsidir. Təsadüfi deyil ki, ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu “Rusiya Ukraynanın yaşayış mərkəzlərinə, kritik infrastrukturlarına hücumlarını genişləndirsə və ya Putin Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etsə bu Qərbin sərt reaksiyasına səbəb ola bilər” məlumat paylaşıb. Rəsmi Vaşinqton indiki halda Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlıdır. Bu mənada Krım körpüsünün partladılması kimi hadisələr təkrarlana bilər”,- deyə T.Rzayev bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu