Krım körpüsü partladıldı: Putin hərəkətə keçdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyası yaradılması barədə göstəriş verib.

Metbuat.az TASS-a istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.

09:38

Xəbər verdiyimiz kimi, Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirən Krım körpüsündə yanğın başlayıb.

Metbuat.az-ın məlumatına görə, Rusiya KİV-i yazır ki, hadisəyə səbəb yanacaq çəninin yanmasıdır.

Ukrayna KİV-i isə məlumatı təkzib edir. UNİAN-nın teleqram kanalında körpünün vurulma anının görüntüləri paylaşılıb.

Qeyd edək ki, hazırda körpüdə hərəkət dayanıb. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu