İstehlaka yararsız qida məhsulları məhv edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edib.

Bu barədə Metbuat.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 24,16 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv olunub.

“AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir”, – məlumatda qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu