Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” (Yunanıstan) matçından öncə rəqib komandanın baş məşqçisi Miçel Qonsalesin mətbuat konfransı keçirilib.
Musteqil.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
– İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?
– Təbii ki, olacaq. Üç futbolçumuz zədəli idi. Sabah oynaya bilərlər. Biz ən yaxşısını ortaya çıxarmağa çalışırıq. Hələ kimin oynayacağını dəqiq bilmirəm, amma bugünkü məşqdən sonra biləcəyik.
– “Qarabağ”ın baş məşqçisi sabah “Olimpiakos” üçün son və həlledici oyun olduğunu deyib. Razısız?
– Bəli, biz bunu onun sözlərindən əvvəl də bilirdik (gülür). Bunu paltardəyişmə otağında hiss edə bilərsiniz. Qalib gələ bilməsək, böyük ölçüdə çox şey həll olunacaq. Sabah “Olimpiakos” üçün həlledici oyun olacaq.
– Sabah akademiyanın oyunçularından kimlərsə meydana çıxacaq?
– Mən həmişə bunu etməyə çalışmışam, son matçlarda da etmişəm. Lazım olarsa, onlardan istifadə edəcəyik.
– Cavab oyunundan öncə ilk matçdakı 0:3 hesablı məğlubiyyət sizi qorxudur?
– Məncə, göstərilən oyun nəticə ilə üst-üstə düşmür. İlk matçda yaxşı oynamışdıq və məğlubiyyətə layiq deyildik.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.