1450203

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri Hulusi Kılıç Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçilib.

Bu barədə keçmiş səfir Musteqil.az-a açıqlamasında bildirib.

“Bu önəmli birliyi yaradan və əməyi keçən, məni Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçən dəyərli qardaş və bacılarıma təşəkkür edirəm. Bu müqəddəs yola çıxdıq. Yolumuz açıq olsun. Millətimizə xidmət etmək şərəfdir. Ömrümün sonuna qədər millətimə xidmət etməyə qərarlıyam. Bundan sonra Türk Ağsaqqalları Birliyinə daha çox vaxt ayıracam”.

Hulusi Kılıç bildirib ki, təşkilatın hədəfləri böyükdür və təmsil etdiyi birlik bundan sonra da türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsinə dəstək verən daha genişmiqyaslı layihələr həyata keçirəcək.

Qeyd edək ki, Türk Ağsaqqallar Birliyi yarandığı ilk aylarda Təşkilat Komitəsində Hulusi bəylə bağlı məsələ gündəmə çıxarılıb, Tanınmış diplomat Türk dünyası və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə bu vəzifəyə layiq görülüb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thefacux.com/4/5013541