1449984

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Musteqil.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar ediblər. Tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whoursie.com/4/5013541