Elman Nəsirov qiymət artımından danışdı: “Elə artırılmalıdır ki…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“İctimai nəqliyyatda gediş haqqında qiymət artımı qeydə alına bilər. Qiymət artımı elə olmalıdır ki, sərnişinlərin cibinə ciddi təsir etməsin. Yəni onlar hiss etsinlər ki, qiymət artımı var, amma bu, insanların dolanışığına təsir göstərməsin”.

Metbuat.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında ictimai nəqliyyatda qiymət artımına münasibət bildirərkən deputat Elman Nəsirov deyib.

O bildirib ki, qiymət artımının qarşısını almaq mümkün deyil:

“Ən ideal variant odur ki, bütün sahələrdə, həmçinin nəqliyyatda qiymətlər qalxmasın, amma reallıqlar fərqlidir.

Reallıqların öz tələbləri var. Qiymət artımı faktiki olaraq ölkəmizə xaricdən idxal olunur. Əgər dünyada neftin və qazın qiyməti qalxırsa, digər sahələrdə də qiymət artımı labüddür. Bunun qarşısını almaq mümkün deyil. Yalnız büdcədən dotasiyalar hesabına müəyyən müddətdə bu qiymət artımının qarşısına məhdudiyyət qoymaq olar.

Təsəvvür edin ki, bu gün Amerika Birləşmiş Ştatlarında inflyasiya 10 faizi ötüb. Bu artıq gərginlik deməkdir. Anoloji vəziyyət Fransada, İtaliyada və digər ölkələrdə də müşahidə olunur. Qlobal enerji və ərzaq böhranı bütün ölkələrə təsir edir. Təbii ki, biz də dünyanın tərkib hissəsiyik. Ən gözəli qiymətlərin artmamasıdır, amma elə proseslər var ki, bizdən asılı deyil.

İctimai nəqliyyatda gediş haqqında qiymət artımı qeydə alına bilər. Qiymət artımı elə olmalıdır ki, sərnişinlərin cibinə ciddi təsir etməsin. Yəni onlar hiss etsinlər ki, qiymət artımı var, amma bu, insanların dolanışığına təsir göstərməsin.

Azərbaycan sosial yönümlü dövlətdir. Qiymət artımı olacağı təqdirdə, növbəti ildən pensiyalar, təqaüdlər və maaşlar da artırılacaq. Həmçinin müəyyən kompensasiya tədbirlərinin də tətbiq olunacağı istinsa deyil”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu