27e7a3c876 5ad51494 c090 48bb bbde a052620bb561

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatdıqdan sonra ardıcıl 6 aydır ki, azalır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd edilib. Diqqət çəkən məqamlardan biri odur ki, FAO bitki yağının qiymətinin bir ay ərzində 6,6 % azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşdüyü qeyd edir.

Ölkəmizdə isə yağın qiymətində kəskin artım var. Dövlət Statistika Komitəsinin sonuncu məlumatında da digər ərzaq məhsulları kimi bitki yağlarının da bahalaşdığı qeyd edilib.

Musteqil.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, qlobal ərzaq indeksi dünyada azalmağa doğru gedir. Lakin bu, hələ ölkəmizdəki qiymət artımına təsir etməyib:

“FAO müxtəlif dövrlər üzrə ərzaq indekslərini, yəni qlobal ərzaq qiymətləri indekslərini açıqlayır və qiymət indeksləri ortalama qiymət olaraq götürülür. Məhz təşkilatın özünün hesablamaları əsasında çıxarılan və özünün müəyyən etdiyi bir indeksdir. Amma ayrı-ayrı ölkələrdə bu fərqli olaraq dəyişə bilir. Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatıb. Amma fərqli məhsullar üzrə isə pik hədd müxtəlif aylarda olub. Ümumi götürdükdə, mart ayında pik hədd müşahidə edilib. Sentyabrda avqust ayı ilə müqayisədə 1,1%-lik azalma müşahidə edilib. Eniş müşahidə edilir. Qlobal ərzaq qiymətləri indeksi artıq altı aydır ki,
tədricən azalmağa gedir. Amma bu, təəssüf ki, bizdə görülmür”.

.27e7a3c876 5ad51494 c090 48bb bbde a052620bb561

Eldəniz Əmirov

Ekspert bildirir ki, adətən dünyada inflyasiya meyilləri azalanda belə müəyyən məhsulun qiyməti düşsə də, bu, ölkəmizə gec təsir edir. Bu da bazarda olan mövcud vəziyyətdən çox asılıdır. Duru yağlara gəlincə, bazarda ciddi rəqabət olmadığı halda qiymətlər süni şəkildə artırılır:

“Duru yağlar Azərbaycanda ən çox
inflyasiyaya məruz qalan məhsullardan biridir. Hətta ilk üçlükdə qərarlaşan məhsuldur. Bəzi aylarda birinci yerdə də dura bilir. Ona görə də
inflyasiya göstəricisi ən çox məhz duru yağlarda qeydə alınıb. Duru yağların qiyməti çox qalıb. Qiymətlərin azalması zamanı belə biz hər hansı eniş müşahidə etməmişik. Duru yağların qiymətinin enməsi bir yana, heç olmasa indidən sonra artımını belə saxlaya bilsək, bunun özü belə böyük uğurdur. Yerli istehsal daxili tələbatı ödəmir, çünki bazarda bunlarla bağlı ciddi rəqabət yoxdur. Təsərrüfat subyektlərinin sayı çox azdır, aralarındakı rəqabət demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən bir qiymət diktə edimir. Bu məsələdə işbazlara qarşı müəyyən tədbirlərin görülməsi, yəni rəqabətin olmadığı yerdə bu qiymətlərin süni şəkildə artırılması və yaxud da ki, azalma dövründə azaldılmaması əsas faktordur”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//meenetiy.com/4/5013541