Dünya çempionatında cüdoçularımızın rəqibləri bəlli oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə dünya çempionatında cüdoçularımızın rəqibləri bəlli olub.

Metbuat.az xəbər verir ki, 5 oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə Dünya çempionatının püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Qadınlar

-48 kq.

Leyla Əliyeva – Juliya Fiqueroya (İspaniya)

-52 kq.

Gültac Məmmədəliyeva – Binta Ndiaye (İsveçrə)

Kişilər

-60 kq.

Kəramət Hüseynov – Yeldos Smetov (Qazaxıstan)

-66 kq.

Orxan Səfərov – Vayzeneqqer Freddi (İsveçrə) / İsmael Alhassane (Niger) cütlüyünün qalibi

Yaşar Nəcəfov – Miad Nosrati (Beynəlxalq Cüdo Federasiyası)

-73 kq.

Rüstəm Orucov – Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) qarşılaşmasının qalibi

Hidayət Heydərov – Abdul Malik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) görüşünün qalibi

-81 kq.

Səid Mollayi – Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova)

Elcan Hacıyev – Laçlan Morhead (Böyük Britaniya)

-90 kq.

Məmmədəli Mehdiyev – Çristian Parlati (İtaliya) / Aleksander Knauf (Amerika Birləşmiş Ştatları)

-100 kq.

Zelim Kotsoyev – Daniyel Eyx (İsveçrə)

Qeyd edək ki, cüdo üzrə Dünya çempionatı oktyabrın 6-dan 13-dək davam edəcək.

Dünya çempionatının görüşləri ölkəmizdə CBC Sport kanalı ilə canlı yayımlanacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu