“Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolu layihəsi əmtəə dövriyyəsinin artmasına imkanlar yaradacaq”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

Qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edən dövlətimizin başçısı deyib ki, nəqliyyat yoluna sahib olmaqla, Qırğızıstan hökuməti üçün prioritet sahələrdə investisiya siyasətini birgə həyata keçirməklə, bu gün Bişkekdə yarım il bundan əvvəl Bakıda imzalanan sənədlərə malik olmaqla, bəzi səbəblər üzündən əvvəlki illərdə əldən verdiklərimizin yerini qısa vaxt kəsiyində müəyyən dərəcədə doldururuq. Gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz konkret nəticələrə hədəflənməyimizdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu