BDU-nun 4 tələbəsi suşidən zəhərlənib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4 tələbəsinin yedikləri qidadan sonra mədələrində narahatlıq yaranıb.

BDU-nun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, hazırda onların vəziyyəti qənaətbəxşdir. Universitet və fakültə rəhbərliyi məsələni diqqətdə saxlayır.

19:41

Bakı Dövlət Universitetinin (BDU) 4 tələbəsi suşidən zəhərlənib.

Kliniki Tibbi Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, 4 nəfərdən biri artıq evə buraxılıb.

Digər 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: “Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır”.

KTM-dən bildirilib ki, 3 nəfərin də sabah ambulator müalicə üçün evə buraxılması gözlənilir. Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.

Özlərinin verdiyi məlumata görə onlar ötən gün yedikləri suşidən zəhərləniblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu