Basketbol üzrə Azərbaycan çempionatının başlanma tarixi açıqlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sonuncu dəfə 2019-cu ildə keçirilən və pandemiya səbəbindən erkən tamamlanan basketbol üzrə Azərbaycan çempionatı yenidən bərpa olunur.

Metbuat.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, oktyabr 12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış mərasimi baş tutacaq.

Açılış oyununda “Sərhədçi” PİK və “NTD BK” komandaları üz-üzə gələcəklər. Qarşılaşma saat 18.00-da start götürəcək və CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, birinci turun digər görüşləri 15 oktyabr tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu