Baş Prokurorluq mülki şəxslərin minaya düşməsi barədə məlumat yayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktor partlamamış silah-sursata dəyərək partlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirib ki, hadisə nəticəsində traktora maddi ziyan dəyib, lakin hər hansı bir şəxs xəsarət almayıb.

Bundan əvvəl Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin – 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu