1450186

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda evdən qızıl-zinət oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musteqil.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb. Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541