Bakıda faciəvi şəkildə ölən qız tələbə imiş

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İki gün öncə paytaxtın Nərimanov rayonunda binanın 8-ci mərtəbəsindən yerə yıxılıb dünyasını dəyişən Heydərova Fidan Rüfət qızının tələbə olduğu məlum olub.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsidir.

Qeyd edək ki, Fidan Heydərova əslən Masallı rayonundandır. Atası Rüfət Heydərov isə Masallı rayon Qodman kənd tam orta məktəbinin müəllimidir.

F. Heydərova Bakıda kirayə yaşayırmış. Onun intihar etdiyi ehtimal olunur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu