Bakıda dəhşətli qətl: Taksi sürücüsünün boğazını kəsib qaçdılar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakının Suraxanı rayon Hövsan qəsəbəsində dəhşətli qətl baş verib.

Metbuat.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bir neçə nəfər 28 yaşlı sürücü Çərkəz Ələskərova yaxınlaşaraq onları Hövsana aparmalarını istəyiblər. Sürücü həmin şəxsləri ünvana çatdrıdıqdan sonra isə tərəflər arasında dava düşüb. Bundan sonra isə Çərkəz Ələsgərovun boğazı kəsilib. Həmin şəxslər hadisəni törətdikdən sonra sürücünün maşını ilə ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, Çərgəz Ələskərov tikintidə çilingər işləyirmiş. Bir azyaşlı övladı olan mərhumun işdən sonra taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktlar bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu